Siyasət
15:47, 11 Aralık 2020

Əminə Ərdoğanın Azərbaycan səfərində diqqət çəkən məqam - Maskasına yazılan sözün mənası nədir?

Əminə Ərdoğanın Azərbaycan səfərində diqqət çəkən məqam - Maskasına yazılan sözün mənası nədir?
Zəfər paradını izləmək üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Bakıya gələn Əminə Ərdoğan istifadə etdiyi tibbi maskası ilə diqqət çəkib.

Milli.Az Türkiyə mətbuatına istinadla bildirir ki, maskanın üzərində ərəb hərfləri ilə yazılmış söz Türkiyənin gündəmində olub.

"Hürriyet" qəzetinin yazarı Ertuğrul Özkök bildirib ki, maskanın üzərində Allahın 99 adından biri olan "Ya Şafi" yazılıb. Bunun isə mənası "Ey şəfa verən" deməkdir.

Jurnalist tibbi maskanın üzərinə Allahın adının yazılmasını və xüsusən də sağlamlıqla bağlı olan adın seçilməsinin çox təqdirəlayiq olduğunu qeyd edib.
Digər xəbərlər: