Siyasət
Işğaldan azad olunmuş ərazilərlə bağlı mühüm qərar qəbul edildi
Qarşıdakı 4 il ərzində işğaldan azad olunmuş ərazilərin bərpası layihələrinə ayrılacaq vəsaitin həcmi məlum olub.
dahilider.az APA-ya istinadən verdiyi məlumata görə, 2021-ci il üçün büdcə zərfində 2021-2024-cü illər üçün dövlət investisiya proqramının əsas istiqamətlərinə dair layihəyə əsasən, 2022-ci ildən başlayaraq hər il əsaslı vəsait qoyuluşu hesabına işğaldan azad olunmuş ərazilərin bərpası layihələrinə 1,5 milyard manat vəsait ayılacaq.
"Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə əsasən isə, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədi ilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.
Qeyd edək ki, büdcə zərfi Milli Məclisin dekabrın 24-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Daha çox xəbər:
Azərbaycan Prezidenti Cəbrayıl rayonunun işğaldan azad olunmuş doqquz kəndinin adını açıqlayıb
Rauf Əliyev: Azərbaycan şanlı tarixini yazır
13 kənd işğaldan azad edildi
ŞAD XƏBƏR: Bu ərazilərimiz işğaldan azad edildi
Yurdu işğaldan azad olunan cəbrayıllının sevinc göz yaşları: “Daha qaçqın deyiləm” - VİDEO