Sosial
17:04, 09 May 2020

Bakı metrosunda generatorlar bu halda işə düşəcək

Bakı metrosunda generatorlar bu halda işə düşəcək
“Elektrik enerjisinin verilişində yaranan problemlə bağlı qatarlar tuneldə qalarsa, dizel-generator stansiyalarının çalışdırılması nəzərdə tutulur”.

Oxu.Az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, generator stansiyalarının işə salınması elektrik enerjisinin verilişində yaranan problemin müddətindən asılıdır:

“Belə hallarda dərhal “Azərişıq” ASC ilə əlaqə saxlanılır. Elektrik enerjisinin verilişində yaranan problemin mahiyyəti öyrənilir. Sistemin işə düşməsi enerjinin bərpa müddətindən asılı olaraq dəyişir.

Qısa müddətdə elektrik enerjisi veriləcəksə, dizel-generatorlar dərhal işə salınmır. Aidiyyəti üzrə “Azərişıq” ASC ilə danışıqlardan sonra müvafiq vəziyyətə uyğun olaraq dizel-generatorların işə salınmasına təlimat verilir”.
Digər xəbərlər: