Sosial
22:43, 22 May 2020

TƏBİB: Toylar iyunda da olmayacaq

TƏBİB: Toylar iyunda da olmayacaq
“ATV telekanalının üç əməkdaşında koronavirusa yoluxma faktı qeydə alınıb”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, onlarla yaxın təmasda olan digər insanlardan testlər götürülüb:

“Bu günlərdə testlərin cavabları bildiriləcək. Hər hansı bir şəxsdə koronavirus aşkarlanarsa, həmin qurumların bu şəxslərlə təmasda olan bütün əməkdaşlarından test götürüləcək. Testin nəticəsi pozitiv çıxdığı halda onlar dövlət hesabına müalicə olunacaqlar”.

Sədr əlavə edib ki, iş yerlərində sosial məsafə qaydalarına əməl etməmək, maska taxmamaq yoluxma hallarının artmasına səbəb olub.
Digər xəbərlər: