Cəmiyyət
"Media cəmiyyətə, cəmiyyət də mediaya borcludur"
Artıq iki gündən sonra milli mətbuatın yaranmasının 145-ci ildönümü qeyd olunacaq.
Maraqlıdır, bu tarixi gün ərəfəsində medianın mövcud durumu nə dərəcədə qənaətbəxşdir? Media ötən illərlə müqayisədə ənənəvi problemlərin həlli istiqamətində lazımi uğura nail ola bilibmi?
Moderator.az-a açıqlama verən media eksperti Zeynal Məmmədli medianın mövcud durumunun arzuedilən səviyyədə olmadığını vurğuladı:
“Təəssüf ki, bu suala bayram ovqatı ilə cavab vermək çətindir. Bu, ona görə çətindir ki, cəmiyyətin mediadan olan gözləntilərini media nə dərəcədə ödəyir sualı bu gün də aktualdır. Cəmiyyət özü mediadan nə gözləyir? Cəmiyyət özü medianın fərqindədirmi? Baxanda görürük ki, media cəmiyyətə, cəmiyyət də mediaya borcludur. Nə cəmiyyət mediaya olan borcunu, nə də media cəmiyyətə olan borcunu böyük mənada ödəyə bilmir. Medianın 145 illiyi ilə bağlı Həsən bəy Zərdabiyə hesabat verəsi olsaq, başımız dik tutub onun gözlərinin içinə baxıb hesabat verə bilməyəcəyik.
Bunun çox müxtəlif səbəbləri var, əslində bu sualın cavabını media da bilir, axtarsa cəmiyyət də bu cavabı tapar. Biz Həsən bəy Zərdabinin gözlərinə baxmaq səviyyəsinə çatmamışıq. Bu son illər göstərir ki, öyünməyə bir şeyimiz yoxdur. Təl-tək uğurlar, uğurlu peşəkarlıq nümunələri var. Laklin bu uğurlar hələ heç nə deyil. Media dördüncü hakimiyyət ola bilmir. Medianın dördüncü hakimyiyət olması üçün əvvəlki üç hakimiyyət arasında qüvvələr ayrımı kifayət qədər aydın olmalıdır. Aydın olmalıdır ki, media dördüncü hakimiyyət ola bilsin. Bir ölkədəki ki, media hökumətdən qayğı, mənzil, fəxri ad gözləyir, cəmiyyətdən nə gözləyirəm sualının cavabını verə bilmir, o zaman bu media əməkdaşlarının Həsən bəy Zərdabinin gözlərinə baxması mümkün deyil. Baxsa belə, Həsən bəy Zərdabi ölü vəziyyətdə belə bu qeyri-səmimiyyəti sezəcək”.
Daha çox xəbər: