Cəmiyyət
TƏBİB Azərbaycanda sərtləşdirilmiş karantinlə bağlı açıqlama verdi
Azerforum.com xəbər verir ki, "Yanvarın 18-dən sonra karantin qaydalarının yumşaldılması barədə nə qərarın verilməsi ilə bağlı məndə heç bir məlumat yoxdur”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva bildirib.
Onun sözlərinə görə, bu barədə qərarı Nazirlər Kabineti yanında operativ qərargah yoluxma statistikasına baxaraq, qəbul edir:
"Hələlik bu barədə məlumat yoxdur”.
O qeyd edib ki, xəstəliyə qalib gəlmək üçün qaydalara riayət etməliyik:
"Həkimlərin sözünə riayət edib, sosial mediada yayılan əsassız fikirlərin arxasınca getməsək, ümid edirəm ki, 2021-ci ili pandemiya ilə bağlı daha rahat keçirə bilərik”.
Daha çox xəbər:
Azərbaycanda koronavirusa yoluxan xəstələrin vəziyyəti açıqlandı
TƏBİB sədri həyəcan təbili çalır: “Normal həyata dönə bilmirik”
Qərargah: Son günlər koronavirusa yoluxma ilə bağlı rəqəmlər 10, 20 nəfər artır
TƏBİB: Toylar iyunda da olmayacaq
Koronaviruslu xəstənin "Semaşko"dan yaydığı video ilə bağlı - TƏBİB-dən AÇIQLAMA