Dünya
13:56, 02 Ocak 2020
121
0

Məcburi eniş edən helikopterdə 10 hərbçisi canlı tapılıb

Məcburi eniş edən helikopterdə 10 hərbçisi canlı tapılıb
Tayvanda göyərtəsində 13 yüksək vəzifəli hərbçinin olduğu helikopter təcili eniş edib.
Bu barədə "Reuters" ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, hadisə yerli vaxtla saat 9:00-da (Bakı vaxtı ilə saat 5:00) baş verib. Helikopterdə Tayvan ordusunun qərargah rəisi, general polkovnik Şen İmen də olub.

Helikopter İlan rayonu yaxınlığındakı dağlıq əraziyə təcili eniş edib. Hadisə yernə xilasedicilər göndərilib.

"Black Hawk" hərbi helikopterində 13 nəfərdən 10-u sağ tapıldığı barədə "Taiwan News" nəşri məlumat yayıb.

Qeyd edilir ki, daha 3 nəfərin axtarışı davam edir.

Nazirliyin nümayəndəsi mətbuat konfransının gedişatında bildirib ki, general Şen İmin də sağ tapılanlar arasındadır. Hadisə yerinə xilasedici əməliyyata nəzarət üçün müdafiə naziri Yan Defa da gedib.(report)
Digər xəbərlər: