Dünya
20:25, 29 Mart 2020

Qazaxıstanda daha 5 şəhər karantinə bağlanır

Qazaxıstanda daha 5 şəhər karantinə bağlanır
Qazaxıstanın Karaqanda vilayətinin beş şəhəri koronavirus səbəbi ilə martın 30-dan etibarən karantinə bağlanacaq.
Bu barədə vilayətin Mətbuat xidməti məlumat verib.

Beləliklə, artıq karantinə bağlanmış Nur-Sultan və Almatı şəhərlərinə Karaqanda, Temirtau, Saran, Şaxtinsk və Abay da qoşulacaq.

Son məlumatlara görə, respublikada 251 koronavirusa yoluxma halı qeydə alınıb, 1 nəfər virusun qurbanı olub.

Martın 16-dan etibarən ölkədə fövqəladə vəziyyət rejimi qüvvədədir. (Report.az)
Digər xəbərlər: