Dünya
Moskvada terror aktı törətməyə hazırlaşan şəxs öldürüldü
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskva şəhərində insanların kütləvi yığışdığı yerdə terror aktı həyata keçirmək istəyən terrorçunu məhv edib.
“İnterfaks” xəbər verir ki, Orta Asiya respublikalarından birinin vətəndaşı saxlanılan zaman FTX əməkdaşlarına atəş açıb.
Cavab tədbirləri nəticəsində cinayətkar zərərsizləşdirilib.
Hadisə yerinə baxış keçirilərkən “Kalaşnikov AK 74” markalı avtomat, üç ədəd həmin avtomata aid daraq və qumbara tapılıb.
Daha çox xəbər: