Dünya
11:28, 16 Şubat 2021

Serj Sarkisyan: “Ağdam bizim vətənimiz deyildi”

Serj Sarkisyan: “Ağdam bizim vətənimiz deyildi”
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan "Armnyus" telekanalına müsahibə verib.

dahilider.az bizimedia-ya istinadən xəbər verir ki, Sarkisyan müsahibəsində mövcud hakimiyyət və Qarabağ münaqişəsi ilə bağlı bir sıra maraqlı məqamlara toxunub.

Hakimiyyətdə olduğu dövrdə Qarabağla bağlı "qırmızı xəttlərin" olduğunu bildirən Sarksiyan, hazırkı hakimiyyətin bu qədər prinsipial olmadığını da əlavə edib.

Onun fikrincə, Qarabağın Azərbaycanın tərkibində olması əsas "qırmızı xətt" idi.

Sarkisyan özünün məşhur "Ağdam bizim vətənimiz deyil" sözünə lağ edən və Ağdamın fonunda selfie çəkdirən insanların öz "vətənlərini" necə qoruduqlarına da diqqət çəkib.

Hakimiyyəti dövründə hər zaman ərazi güzəştlərinə hazır olduğunu qeyd edən Sarkisyan, Qarabağ münaqişəsini danışıqlar masasına qaytarmağın lazım olduğunu qeyd edib.

O, "mövcud hakimiyyətin ən böyük problemi məhz bu idi, Nikol Paşinyan isə danışıqların mahiyyətini başa düşə bilməmişdi",-deyə bildirib.

Sarkisyan müsahibəsində eyni zamanda Aprel döyüşlərinə də toxunub. Ermənistanın ciddi itkilər verdiyini inkar edərək, əksinə Azərbaycanın çoxsaylı itkilərinə görə atəşkəs istədiyini və Rusiyanın vasitəçiliyi ilə atəşkəs elan olunduğunu deyib.
Digər xəbərlər: