Dünya
10:04, 27 Mart 2021

İsveçrədə peyvənddən sonra 37 nəfər ölüb

İsveçrədə peyvənddən sonra 37 nəfər ölüb


İsveçrədə vaksinasiyadan dərhal sonra 37 nəfərin ölümü qeydə alınıb.

Bu barədə ölkə hökumətinin rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, həkimlər hər bir hadisəni araşdıraraq belə nəticəyə gəliblər ki, ölüm hallarından heç biri birbaşa vaksinasiya ilə əlaqəli deyil.

Belə ki, ölənlərin orta yaş həddi 84 olub. Onlar bir çox xroniki xəstəliklərdən əziyyət çəkiblər.

“Onların ölümü ürək-damar sistemi, nəfəs yolları xəstəlikləri və ya infensiya ilə əlaqədardır. Peyvəndin ölüm səbəbi olmasına dair heç bir sübut yoxdur”, - deyə məlumatda qeyd edilib.
Digər xəbərlər: