Dünya
09:33, 14 Haziran 2021

Fransa Ordusunun Baş Qərargah rəisi istefa verəcək

Fransa Ordusunun Baş Qərargah rəisi istefa verəcək



Fransa Silhalı Qüvvələri Baş Qərargahının rəisi, general Fransua Lekuantr vəzifəsindən istefa verməyə hazırlaşır.

LCI telekanalının efirində general bəyan edib ki, vəzifəsini öz istəyi əsasənda tərk edir. O, bildirib ki, iyulun 14-də Fransanın milli bayramı olan Bastiliyanın alınması günü qeyd olunduqdan sonra istefa verəcək.

“Frans Press” xəbər verir ki, F.Lekuantrın istefa qərarını prezident Makronun Afrikanın Sahel bölgəsində Fransa hərbi kontingentinin azaldılmasını elan etməsindən bir neçə gün sonra açıqlaması təsadüfi deyil.

59 yaşlı general artıq 4-cü ildir ki, Fransa Ordusunun Baş Qərargahına rəhbərlik edir. O, Makrona açıq məktub ünvanlayan generalları qınayıb və onları öz hərbi andlarını unudaraq, ordunu siyasətə cəlb etməkdə günahlandırıb.
Digər xəbərlər: