Gündəm
10:14, 25 Nisan 2021

Tovuzda torpaq sürüşməsi: Kənd yolu qismən bağlandı - FOTO

Tovuzda torpaq sürüşməsi: Kənd yolu qismən bağlandı - FOTO


Havaların yağıntılı keçməsi Tovuzun Qaralar kəndində torpaq sürüşməsinə səbəb olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, Tovuz rayon Qaralar kəndinin dağlıq ərazisində torpaq sürüşməsi olub.

Nəticədə iri qaya parçaları və torpaq kütləsi kənd yoluna tökülüb. Bu səbəbdən gediş-gəlişdə qismən çətinlik yaranıb. Hazırda yaranmış fəsadın aradan qaldırılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, son günlər bölgədə yağıntılı hava şəraiti müşahidə olunur.
Digər xəbərlər: