Gündəm
“Azəriqaz” qeydə alınan yeni abonentlərin sayını AÇIQLADI
2021-ci ilin aprel ayı ərzində 5 mindən çox yeni abonent qeydə alınıb.
“Azəriqaz” İstehsalat Birliyindən Oxu.Az-a verilən məlumata əsasən, əhali sektoru üzrə ümumilikdə 5 min 885 yeni abonent qeydiyyata alınıb.
Bildirilib ki, onlardan 3 min 995-i Bakı, Abşeron və Sumqayıt, 1 890-ı isə regionların payına düşür. Bu ilin 4 ayı ərzində əhali sektoru üzrə 31 429 yeni abonent qeydiyyata alınıb.
Beləliklə, indiyədək ölkədə təbii qazla təmin olunan əhali abonentlərinin sayı 2 milyon 358 min 910-a bərabər olub. Bu statistik rəqəmə Bakı şəhəri üzrə 918 440, regionlar üzrə isə 1 milyon 440 min 470 abonent daxildir.
Daha çox xəbər: