Gündəm
Portuqaliyada koronavirusun dördüncü dalğasının başlanması rəsmən elan olundu
Portuqaliyanın Baş naziri Antoniu Koşta ölkəsinin koronavirusun dördüncü dalğası ilə üzləşdiyini bəyan edib.
Bu barədə yerli “Journal de Noticias” nəşri məlumat yayıb.
Hökumət başçısı bildirib ki, pandemiya ilə mübarizədə yayınmaq və ya fasilə etmək mümkün deyil. Onun sözlərinə görə, ölkədəki mövcud epidemik vəziyyət vaksinasiyanın sürətləndirilməsini tələb edir.
Qeyd edək ki, ötən həftə yoluxma sayının artması ilə əlaqədar Portuqaliyanın bir sıra bölgələrində, o cümlədən də paytaxt Lissabonda komendant saatı tətbiq olunub.