Gündəm
Azərbaycan neftinin bu günə olan qiyməti
Azərbaycan neftinin qiyməti cüzi azalıb.
“Azeri Light” markalı neftin bir bareli 0,01 ABŞ dolları qədər ucuzlaşıb.
Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,32 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.