Gündəm
12:58, 20 Ağustos 2021

Azərbaycanda koronavirusa yoluxma əmsalı üç dəfədən çox artıb - RƏSMİ

Azərbaycanda koronavirusa yoluxma əmsalı üç dəfədən çox artıb - RƏSMİ


“Son günlər ərzində Azərbaycanda koronavirusa yoluxma ilə bağlı rəqəmlər yüksəkdir”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva bildirib ki, Azərbaycanda son günlərdə yoluxma kəskin sürətdə artır:

“Bizim üçün önəmli olan yoluxma əmsalıdır. Təəssüf ki, avqustun 1-də yoluxma 7 faizə yaxın idisə, bu gün 23 faiz yoluxma əmsalı görürük. Bu da 20 gün ərzində ciddi artıma işarə edir”.
Digər xəbərlər: