Gündəm
COVID-19 pandemiyası ömrün azalmasına səbəb olub
Böyük Britaniyada Oksford Universitetinin alimləri COVID-19 pandemiyası səbəbi ilə 2020-ci ildə ömür müddətinin azaldığını müəyyən ediblər.
Avropa, ABŞ və Çili də daxil olmaqla 29 ölkədən 22-də ömrün uzunluğu 2019-cu ilə nisbətən altı aydan çox azalıb.
Əksər ölkələrdə kişilərin ömrünün qadınlara nisbətən daha çox azaldığı müəyyən edilib. Eyni zamanda, amerikalı kişilərin ən çox zərər gördükləri qeyd edilir, onların ömürləri 2019-cu ilə nisbətən 2,2 il qısalıb.
Mənbə: “Reuters”
Daha çox xəbər: