Gündəm
Ermənistandan “unikal” fırıldaqçılıq: Müdafiə Nazirliyinin əməkdaşı hərbi hissənin ərazisini satdı
Ermənilərin fırıldaqçılıq, saxtakarlıq və xəyanət kimi mövzularda mahir olduqları yəqin ki, heç kimdə şübhə doğurmur. Elə ermənilərin özləri də hər gün dünya tarixinə düşə biləcək yeni “əl işləri” ilə gündəmə gəlməyi sevirlər.
Bu cür nümunələrdən birinin üstü bu günlərdə açılıb. Ermənistan mətbuatında yazılanlara görə, Müdafiə Nazirliyində çalışan vəzifəli şəxs Stepanavan bölgəsində yerləşən hərbi hissənin ərazisini satıb. 2008-ci ildə baş verən hadisə zamanı MN nümayəndəsi nə az, nə çox 126 min dollar (58 milyon dram) pul qazanıb.
Üstəlik, bir müddət sonra Dövlət Kadastr xidmətində çalışan daha bir vəzifəli şəxs hərbi hissənin satılan “xüsusi təyinatlı” ərazisinə “yaşayış ərazisi” statusu verib. Ümumilikdə bu işdə erməni rəsmilərin qazancı 250 min dollara çatıb.Təbii ki, Ermənistan kimi fırıldaqçılıq sahəsinin “ən dəyərli” nümunələrini yaratmış bir ölkədə bu cür hadisələr də təəccüblü sayılmır. Lakin bu cür “unikal” bir iş yəqin ki, ermənilərin özlərini də şoka salıb.
Çox güman ki, yüksək rütbəli hərbçi olan bu şəxs Ermənistan dövlətinin və ordusunun əsl simasını ortaya qoyub. Ancaq, Ermənistanın özünün dövlət səviyyəsində fırıldaqçılıqla məşğul olduğu halda onun “şərəfli” zabitindən eyni addımı gözləmək də heç də sadəlövhlük olmaz.
Bu cür “peşəkar” kadrların olduğu ordu araşdırılmalı, elmi işlərə mövzu olmalıdır. Hər halda hərbi nöqteyi-nəzərdən ortaya tutarlı bir şey çıxmasa da, cinayət, saxtakarlıq və fırıldaqçılıq baxımından cildlərlə kitab yazmaq üçün material tapmaq olar.
Daha çox xəbər:
Dünyanı şoka salan fırıldaqçılıq - Hamı bu rus qızdan danışır
Müdafiə Nazirliyi: “Hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib”
Dollara tələb sürətlə azalır - SON RƏQƏMLƏR
"Azərbaycan artıq Şuşaya çatıb, ... " - Sarkisyandan Ermənistan MN-ə SƏRT SÖZLƏR
Azərbaycanda yüksək vəzifəli şəxs vəfat etdi - FOTO