Gündəm
Azərbaycan və Kamerun XİN başçılarının görüşü olub - FOTO
Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə bağlı yüksək səviyyəli görüş çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Kamerunun xarici işlər naziri Löjön Mbella Mbella ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir Ceyhun Bayramovu Qoşulmama Hərəkatının 60 illik yubileyinə həsr olunmuş tədbirin uğurla keçirilməsi münasibətilə təbrik edən Kamerun xarici işlər naziri, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq əhəmiyyətli təşəbbüslərini və uğurlu fəaliyyətini məmnunluqla qeyd edib.