Gündəm
Azərbaycan millisi Avropa çempionatında liderlik üçün Macarıstanla qarşılaşacaq
Sloveniyanın Bejitse şəhəri yaxınlığında yerləşən Terme Çatej kurort mərkəzində keçirilən şahmat üzrə komandalararası Avropa çempionatında bu gün IV turun görüşləri keçiriləcək.
Oxu.Az xəbər verir ki, ilk üç turu qələbə ilə başa vuran kişilərdən ibarət Azərbaycan komandası Macarıstanla qarşılaşacaq. Hazırda hər iki komanda hərəyə altı xalla ilk iki pillədə yer alıb. Yalnız millimiz əlavə əmsallara görə liderdir.
Qadın yığması isə Almaniya ilə üz-üzə gələcək. Bu komandalar isə hazırda dörd xala malik səkkiz ölkə ilə birlikdə 5-12-ci yerlərdə qərarlaşıb.
Qeyd edək ki, bundan öncəki III turda kişilərdən ibarət komandamız Almaniyaya 2,5:1,5 hesabı ilə qalib gəlib. Qadın millimiz isə Gürcüstana uduzub – 1:3.