Gündəm
12:56, 19 Kasım 2021

Avropa çempionatı: Şahmat millimiz liderlə qarşılaşacaq

Avropa çempionatı: Şahmat millimiz liderlə qarşılaşacaq



Sloveniyada keçirilən şahmat üzrə Avropa çempionatının VII turunda kişi və qadın millilərimizin növbəti rəqibləri müəyyənləşib.

Oxu.Az-ın xəbərinə görə, kişi millimiz bu gün Niderland millisi ilə qarşılaşacaq.

Hər iki komandanın 9 xalı olsa da, əlavə əmsallara görə yığmamız ikinci, Niderland isə altıncıdır.

Qadın yığmamız isə lider Rusiya ilə oynayacaq. Komandamız 9 xalla üçüncüdürsə, şimal qonşularımız 12 xalla vahid liderdir.
Digər xəbərlər: