Gündəm
18:11, 17 Kasım 2021

KTM: “Son iki həftədə 49 nəfər zəhərlənib”

KTM: “Son iki həftədə 49 nəfər zəhərlənib”



Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə noyabr ayının 1-dən bu günədək 49 nəfər müraciət edib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müraciətlərdən 12-si qidadan, 10-u dərmandan, 10-u sirkə turşusundan, səkkizi göbələkdən, səkkizi dəm qazından, biri isə spirtli içkidən zəhərlənib.

Zəhərlənənlərdən üçü dünyasını dəyişib. Onlardan biri qidadan (pomidor turşusundan), biri spirtli içkidən, digəri isə sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Mərkəzə daxil olmuşdu.
Digər xəbərlər: