Gündəm
Sayğaclar oğurlanaraq SOCAR-ın neft ərazilərində quraşdırlır - AÇIQLAMA
“Azəriqaz” İstehsalat Birliyi tərəfindən quraşdırılan sayğacların oğurlanması halları baş verir.
Oxu.Az-ın məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev deyib.
O bildirib ki, bu hadisələrlə bağlı dəfələrlə Daxili İşlər Nazirliyi orqanlarına müraciət olunub:
“Oğurlanan sayğaclar SOCAR-ın neft ərazilərində quraşdırılır, hansı ki, həmin ərazilərdə sayğacların quraşdırılması həyata keçirilə bilməz. Bu ərazilərdə vətəndaşlar üçün sayğaclar quraşdırılan zaman abonentə kod açıldığı deyilir. Daha sonra isə abonent “Azəriqaz” İB-ə müraciət edərək kod tələb edir. Nəzərə alın ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən quraşdırılan sayğaclara elə həmin gün ərzində kod açılır”.