Gündəm
Xırdalanda avtomobil qaz xəttini kəsib, üç min abonent qazsız qalıb

Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan kəndi ərazisində diametri 159 mm qaz kəməri kənar şəxslər tərəfindən kəsilib.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin məlumatında deyilir.
"Nəticədə Xırdalan kəndinin 3 000 abonenti qazsız qalıb. Əməli törədən şəxslər tərəfindən avtomobil qaz kəmərinin altında saxlanılıb. Baş vermiş hadisə barəsində 102 xidmətinə məlumat verilib, Abşeron Rayon Polis İdarəsinə bildirilib. Lakin hələ də tədbir görülmür", - məlumatda deyilir.
Daha çox xəbər:

Ucarda yol qəzası 1600 abonentin qazsız qalmasına səbəb olub - FOTO

Bakıda güclü külək səbəbindən 600 abonentin qaz təchizatında fasilə yarandı – FOTO

Sayğaclar oğurlanaraq SOCAR-ın neft ərazilərində quraşdırlır - AÇIQLAMA

Xırdalanda avtomobil 11 yaşlı yeniyetməni vurub

Şirvanda adam oğurluğu ilə məşğul olan şəxslər saxlanılıb