Gündəm
Gəncədə bir ailənin üç üzvü dəm qazından zəhərləndi
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
APA-nın məlumatına görə, hadisə şəhərin Ələddin Quliyev küçəsində baş verib.
1957-ci il təvəllüdlü X.Əliyev, 1985-ci il təvəllüdlü E.Əliyeva və 2008-ci il təvəllüdlü X.Əliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Xəstələrə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.
İlkin məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.