Gündəm
08:45, 15 Aralık 2021

Təhlükəli boğaz ağrısının əlamətləri açıqlanıb

Təhlükəli boğaz ağrısının əlamətləri açıqlanıb



Çox vaxt boğaz ağrısı virus infeksiyalarından qaynaqlanır, lakin bəzən ölümcül bir təhlükə siqnalı verə bilər.

Bu barədə britaniyalı lorinqoloq-həkim Ümid Mehdizadə xəbərdarlıq edib.

Onun sözlərinə görə, boğaz ağrısı paratonzilyar absesi göstərə bilər. Badamcıqətrafı boşluqda irin yığılması ilə xarakterizə olunan bu xəstəlik son dərəcə təhlükəli ola bilər. Onun ölçüsündə əhəmiyyətli artım tənəffüs yollarında keçiciliyin pozulmasına və tənəffüs çətinliyinə səbəb olur.

Mütəxəssis bildirib ki, boğaz ağrısı həmçinin boğaz xərçənginin ilkin əlamətlərindən biridir. Onun sözlərinə görə, əgər şiş boğazın bir tərəfində böyüyürsə, o zaman yalnız o tərəfdə ağrılar yarana bilər.

Boğazda şişin digər simptomlarına öskürək, səs dəyişiklikləri və ya udma çətinliyi daxildir.

“Ancaq yenitörəmə barədə diaqnozu qoymaq və ya istisna etmək üçün yeganə yol həkimə müraciət etməkdir”, - deyə Ümid Mehdizadə sözlərini yekunlaşdırıb.

Mənbə: The Sun
Digər xəbərlər: