Gündəm
İki nəfəri bıçaqlayan şəxsin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb
Zaqatalada iki nəfəri bıçaqlamaqda təqsirləndirilən İslam Ömərovun cinayət üzrə ibtidai istintaq başa çatıb.
“Report” xəbər verir ki, cinayət işi yekunlaşaraq Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Bilal Məmmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasını vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə 2021-ci il oktyabrın 7-də Zaqatalada qeydə alınıb.
Belə ki, İ.Ömərov Aşağı Tala kənd sakinləri - Səfər Zeynalov və Elçin Qaziyevi bıçaqlayıb. Hər iki yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdiriliblər.
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Ömərov saxlanılaraq istintaqa təhvil verilib.