Gündəm
Ötən gün 93 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb
1-2 yanvar tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 298 toy şənliyinin monitorinqini həyata keçirib.
Monitorinq 295 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 93 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Daha çox xəbər:
Ötən gün 10 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb
COVID-19 pasportu olmadığına görə yüzdən çox şəxs toya buraxılmadı
Ötən gün dörd nəfər toyda niyə CƏRİMƏLƏNDİ?
Ötən gün COVID pasportu olmadığına görə toya buraxılmayanların sayı AÇIQLANDI
Restoran toya görə 5 000 manat cərimə edildi - FOTO