Gündəm
Bakının mərkəzində çoxmərtəbəli bina söküləcək - FOTO
Paytaxtın Xətai rayonunda bina söküləcək.
Oxu.Az xəbər verir ki, Xətai rayonunda Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən 11 mərtəbəli bina söküləcək.
Körpünün yaxınlığındakı binanın yerində Zəfər muzeyinin tikiləcəyi ehtimal edilir. Hazırda binadan sakinlərin köçürülməsi prosesi həyata keçirilir.
Xətai Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq sözügedən ünvanda binanın söküləcəyini təsdiqləyiblər.
Bildirilib ki, bina Zəfər abidə kompleksi ilə bağlı görüləcək işlər çərçivəsində, dövlət sifarişi əsasında söküləcək. Köçürülmə ilə bağlı komissiya yaradılıb, kompensasiyanın məbləği müəyyənləşdirilib.
İcra hakimiyyətindən əlavə ediblər ki, bina ərazinin ümumi görünüşünə də xələl gətirir.
Daha çox xəbər:
Bakının mərkəzində dava düşdü: Tarixi bina ətrafında qalmaqal
Bakıda yeni tikilinin divarı uçdu, üç ailə evsiz qaldı - VİDEO
İcra hakimiyyəti “Nəsimi bazarı”nı satdı - SÖKÜLÜR
Kəsilən 35 illik ağacların yerində yeniləri əkildi
Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub