Gündəm
Dörd nəfər dəm qazından zəhərləndi
Bakıda və Abşeronda dəm qazından zəhərlənmə hadisələri baş verib.
“Report”un məlumatına görə, ilk hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Məmmədzadə Aynur Cabir qızı yaşadığı evdə dəm qazından zəhərlənib.
A.Məmmədzadə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Digər zəhərlənmə hadisəsi isə Bakının Xəzər rayonunda qeydə alınıb.
Binə qəsəbəsində 2004-cü il təvəllüdlü Əsgərova Könül İbadulla qızı yaşadığı evdə dəm qazından zəhərlənib. O, xəstəxanaya çatdırılıb.
Daha bir zəhərlənmə Abşeron rayonunda baş verib.
Hadisə Digah qəsəbəsində qeydə alınıb. İki nəfər 1995-ci il təvəllüdlü Qasımova Fəridə Məhərrəm qızı və 1992-ci il təvəllüdlü Süleymanov İbrahim Etibar oğlu yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər xəstəxanaya çatdırılıblar. Onların qohum olduğu bildirilir.
Hər üç faktla bağlı araşdırma aparılır.