Gündəm
Millimizin həkiminin də testi pozitiv çıxdı, karantinə alındı

Futzal üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində sabah Bosniya və Herseqovina ilə qarşılaşacaq Azərbaycan millisinin 4 üzvü karantinə alınıb.
Belə ki, bu gün rəsmi məşq üçün verilmiş antigen testin nəticəsi 4 nəfərdə pozitiv çıxıb.
Buna görə də, futzalçılardan Emin Kürdov və Xətai Bağırov, məşqçi Ağakərim Həsənov və həkim Fuad Sadıqov komandanın məskunlaşdığı oteldə karantinə alınıb və oyunöncəsi məşqdə iştirak etməyib. Onlardan PCR test götürülüb, nəticələr sabah günün birinci yarısında açıqlanacaq.
Qeyd edk ki, UEFA bugünkü məşqi həkimlərlə təmin edib.
Daha çox xəbər:

“Sabah”da kütləvi koronavirusa yoluxma aşkarlandı

Millimizin üç futbolçusunun Belçikada testi pozitiv çıxdı

Azərbaycan millisinin bu gün oynayacağı rəqibdə üç futbolçu koronavirusa yoluxdu

BDU-nun tələbəsi koronovirus şübhəsi ilə karantinə alındı

Azərbaycanda vəzifəli şəxs karantinə götürüldü - FOTO