Gündəm
19:14, 28 Ocak 2022

Azərbaycan güləşdə ilk qızıl medalını Rusiyada qazandı

Azərbaycan güləşdə ilk qızıl medalını Rusiyada qazandı
Rusiyanın Krasnoyarsk şəhərində keçirilən ikiqat olimpiya çempionu İvan Yarıqinin xatirə turnirində Azərbaycanın qadın güləşçisi çempion olub.

Oxu.Az xəbər verir ki, Alyona Kolesnik (59 kq) bu gün həlledici görüşdə rusiyalı Jarqalma Tsırenova ilə qarşılaşıb.

İlk hissəni rəqib minimal fərqlə öndə başa vursa da, ikinci hissədə əzmkarlıq nümayiş etdirən təmsilçimiz 5:3 hesablı qələbəylə yarışda çempion olub.

Qeyd edək ki, bu, Azərbaycan güləşçilərinin 2022-ci ildə beynəlxalq yarışda qazandığı ilk qızıl medaldır.
Digər xəbərlər: