Gündəm
Rəqəmsal İpək yolu-Şərqdən Qərbə mənəvi dəyərlər daşıyacaq virtual marşrut
Bildiyimiz kimi, cari ilin 6 iyul tarixində Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi. Görüşdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Rəqəmsal İpək Yolu” layihəsinin önəmindən bəhs edərək bildirmişdir ki, bu layihə Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyır. Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə rəqəmsal telekommunikasiya dəhlizini formalaşdıracaq “Rəqəmsal İpək yolu” (Digital Silk Way) layihəsi respublikamızla Orta Asiya ölkələri arasında iqtisadi əlaqələrin daha da genişlənməsi üçün yeni imkanlar yaradır. Hazırda həmin layihə regional və beynəlxalq təşkilatların diqqət mərkəzindədir.
“Rəqəmsal İpək yolu” Avropanı Mərkəzi və Cənubi Asi¬ya ilə birləşdirəcək müasir fiber-optik tranzit xəttinin yaradılması məqsə¬di ilə reallaşdırılan innovativ rəqəm¬sal infrastruktur layihəsidir. Bu layihə “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun təşəbbüsü ilə onun törəmə şirkəti “AzerTelecom” tərəfindən həyata keçirilir. Hazırda layihənin icrası yerüstü və sualtı marşrutlar üzə fiber-optik kabel xətlərinin çəkilməsi mərhələsindədir.
Layihədə nəzərdə tutulan tədbirlər başa çatdırılandan sonra yüksək sürət¬lə məlumatların ötürülməsi reallaşacaq və bununla da magistral rabitə xətləri Avropa və Asiya arasında rəqəmsal əlaqənin qurulmasını təmin edəcək. Beləliklə, Qafqaz, Mərkəzi və Cənubi Asiya da daxil olmaqla bütün region¬da rəqəmsallaşma özünün ən yüksək inkişaf mərhələsinə daxil olacaq, eyni zamanda, belə bir mövcud vəziyyət bu cür müasir rabitənin daha geniş yayıl¬masında mühüm rol oynayacaq. Onu da deyək ki, “Rəqəmsal İpək yolu” la¬yihəsi regionun “Google”, “Amazon”, “Netflix” və digər qlobal şirkətlər üçün potensial fəaliyyət istiqamətinə çevril¬məsinə imkan yaradacaq.
Xəzər dənizinin dibi ilə Azərbaycan¬la Orta Asiya ölkələri arasında fiber-op¬tik kabel xətlərinin çəkilməsi məqsədilə “AzerTelecom” şirkəti Qazaxıstanda tərəfdaşı olan “Kazakhtelecom” quru¬mu ilə birgə müəssisə yaradıb. Həmin müəssisə indiyədək layihənin müəy¬yən komponentlərini də uğurla başa çatdırıb. Yeni yaradılan “AzerTelecom”–“Kazakhtelecom” birgə müəssisəsi Transxəzər Fiber–Optik Kabel Xətti¬nin tikintisi və istismarını da həyata keçirəcək. Azərbaycan–Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə çəkiləcək kabel xəttinin uzunluğu 380 kilometr, məlumat ötürmə gücü isə 400 terabit/s-ə qədər təşkil edəcək. Qeyd edək ki, “Rəqəmsal İpək yolu” layihəsi çərçivəsində “AzerTele¬com” şirkəti Azərbaycanda rəqəmsal infrastrukturun inkişafı istiqamətində də layihə həyata keçirir. Qurum Azər¬baycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində respublikamızda dəmir yolu xətləri bo¬yunca müxtəlif istiqamətlər üzrə ma¬gistral fiber-optik kabel xətlərinin çəki¬lişini gerçəkləşdirir. Dəmir yolları boyunca magistral fiber–optik kabel xətlərinin çəkilməsi ölkənin rəqəmsal infrastruk¬turunu gücləndirəcək, ölkə üzrə yeni dayanıqlı infrastruktur, genişzolaqlı fi¬ber–optik kabel əlaqələri formalaşdıra¬caq və telekommunikasiya sektorunun inkişafına ciddi təkan verəcək.
Nəhayət, sözügedən təşəbbüs Av¬ropa ilə Asiya arasında Azərbaycan vasitəsilə məlumat mübadiləsi ehtiyac¬larını ödəyəcək region ölkələri üçün strateji əhəmiyyətli bir layihədir. Layihə ABŞ-da “Qlobal Strateji İnfrastruktur Liderlik Forumu”nda Asiyada beş ən yaxşı strateji infrastruktur layihəsindən biri seçilib. Avropa ilə Asiya arasında Azərbay¬can vasitəsilə formalaşan “Rəqəmsal İpək yolu” regionda rəqəmsallaşmanın və bağlantı xidmətlərinin inkişafına mü¬hüm töhfə verəcək. Qlobal tədbirlərdə layihənin təqdimatı, faydalı müzakirələr və əldə olunan razılaşmalar beynəlxalq tərəfdaşların ciddi marağını göstərib. Ölkənin enerji və nəqliyyat mərkəzləri statuslarına əlavə olaraq, layihə Azər¬baycanın regionda rəqəmsal mərkəzə çevrilməsinə də töhfə verəcək.
Əvəz Axundov,
Aztelekom MMC-nin “Cənub Şirvan Regional Filialı” Salyan şöbəsinin müdiri
Daha çox xəbər:
Rəqəmsal transformasiya üzrə Azərbaycan - Türkiyə İşçi qrupunun ilk iclası keçirilib – FOTO
Artıq yarım ildir ki, Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşlardır
Bu gün açıq dənizlərə çıxışı olmayan Azərbaycan artıq mühüm nəqliyyat şəbəkəsi yaradıb
Bakcell beynəlxalq konfransın keçirilməsinə dəstək göstərdi
Nazir müşavirinə yüksək vəzifə verdi