Gündəm
Nafta sanatoriyasında 1 gün: sağlamlıq, rahatlıq, qayğı və peşəkarlıq








Nafta sanatoriyası – sadəcə istirahət məkanı deyil, sağlamlıq, rahatlıq və yüksək xidmətin bir araya gəldiyi möhtəşəm bir mərkəzdir. Bu sanatoriyaya daxil olduğun ilk andan etibarən insan özünü tam fərqli bir dünyada hiss edir. Təmizlik, səliqə, estetik dizayn və təbiətin harmoniyası burada xüsusi bir ahəng yaradır.
Burada hər şey qonaqların rahatlığı üçün düşünülüb – geniş və komfortlu otaqlar, zövqlə hazırlanmış interyer, təbiətlə iç-içə olan ərazilər və ən əsası, insanın ruhunu dincəldən sakit və xoş atmosfer. Sanatoriyada keçirilən tədbirlər, bayram proqramları və müxtəlif əyləncəli fəaliyyətlər qonaqlara unudulmaz anlar bəxş edir.
Sanatoriyanın bu səviyyəyə çatmasının əsas səbəblərindən biri, şübhəsiz ki, onun güclü və uzaqgörən rəhbərliyidir. Nafta sanatoriyasının direktoru Rifat Mahmudov yüksək idarəçilik bacarığı, müasir yanaşması və insanlara olan diqqəti ilə seçilən nüfuzlu rəhbərdir. Onun rəhbərliyi altında sanatoriya yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də tanınan bir sağlamlıq və istirahət mərkəzinə çevrilmişdir. Rifat müəllimin hər bir detalı diqqətlə planlaması, kollektivlə daim ünsiyyətdə olması və xidmət keyfiyyətinə xüsusi önəm verməsi sanatoriyanın uğurunun əsas təməlini təşkil edir.
Sanatoriyanın tibbi mərkəzinə rəhbərlik edən Baş həkim Rəna xanım və onun peşəkar komandası burada göstərilən xidmətin keyfiyyətini daha da yüksəldir. Onun rəhbərliyi ilə fəaliyyət göstərən tibbi heyət hər bir qonağa xüsusi həssaslıq, diqqət və qayğı ilə yanaşır. Baş həkim Rəna xanım və digər həkimlər sanatoriyada hər bir qonağa xüsusi qayğı və yüksək diqqətlə yanaşaraq onların sağlamlığını hər zaman prioritet hesab edirlər.
Nafta sanatoriyasının tibbi mərkəzi müasir standartlara uyğun qurulmuşdur və burada çalışan həkimlər yüksək peşəkarlıqla fəaliyyət göstərirlər. Xüsusilə terapevt olaraq fəaliyyət göstərən Azadə həkim öz sahəsində peşəkarlığı, diqqətli yanaşması və pasiyentlərlə səmimi ünsiyyəti ilə seçilir. Onun göstərdiyi tibbi xidmət və qayğı qonaqların məmnuniyyətini artıran əsas amillərdən biridir.
Burada çalışan kollektivin hər bir üzvü öz işinə sevgi ilə yanaşır. Qonaqların qarşılanmasından başlayaraq, onların istirahəti boyunca göstərilən diqqət və qayğı insanı heyran edir. Hər kəsin üzündəki səmimiyyət, doğmalıq hissi və təbəssüm Nafta sanatoriyasını daha da özəl edir.
Xüsusi olaraq qeyd etmək istəyirəm: “Ləman xanıma xüsusi təşəkkürümü bildirirəm” – onun diqqəti, qayğısı və yüksək xidmət mədəniyyəti bu gözəl mühitin formalaşmasında mühüm rol oynayır.
Nafta sanatoriyasında keçirdiyin hər bir gün sanki bir ömrə bərabər dəyər qazanır. Burada həm bədən, həm də ruh dincəlir. İnsan buradan ayrılarkən yalnız xoş xatirələr deyil, eyni zamanda yenilənmiş enerji və motivasiya ilə geri dönür.
Sonda isə demək istərdim: Nafta sanatoriyası – sadəcə bir istirahət məkanı deyil, bu, qayğı, peşəkarlıq və yüksək səviyyəli xidmətin canlı nümunəsidir. Belə bir mərkəzin mövcudluğu böyük uğur və qürur mənbəyidir.
Səadət Allahverən Niyazova
Pressdent.az xəbər portalının redaktoru
Daha çox xəbər:
Xidmətə həsr olunmuş bir ömür – Həsən Hüseyinovun rəhbərliyi ilə Sabirabadda səhiyyənin dirçəliş mərhələsi
Dəniz havası bizi zəhərləyirmiş - məşhur həkimin iddiası
Naftalanda sanatoriyada istirahət edən kişi otağında ölü tapılıb
“Şirvanın Enerji Sektorunda Yeni Dövr: Rəşad Yahyayevin Rəhbərliyi”
21 il ərzində İlham Əliyev hər zaman xalqın yanında olub
