Hadisə
26 yaşlı azərbaycanlının ölümü ilə bağlı məsələyə NÖQTƏ QOYULDU
Rusiyanın Arxangelsk vilayətində 26 yaşlı azərbaycanlı gəncin ölümü ilə bağlı məhkəmə prosesinə son qoyulub.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə 2019-cu ilin yanvarında baş vermişdi.
Karqopol rayonunun ərazisindəki istehsal bazası yaxınlığında 26 yaşlı gəncin meyiti aşkar olunmuşdu. Cinayət faktı ilə bağlı cinayətin sifarişçisi olan 39 yaşlı Azərbaycan vətəndaşı və 49 yaşlı Belarus vətəndaşı saxlanılıb. Belarus vətəndaşı cinayətin icracçısı olub.
Məhkəmə hökmü ilə 15 min dollar qarşılığında qətli törədən Belarus sakini 15,5 il, sifarişıçi Azərbaycan vətəndaşı isə 15 il iş alıb.
Bundan başqa, zərərçəkmişin ailəsinə 2 milyon rubl təzminat da ödəniləcək.
Daha çox xəbər:
41 yaşlı qadın qonşusunu mişarla doğrayıb, kisələrə yığdı
Azərbaycanlı yeniyetmə Rusiyada dəhşətli qəza törətdi - FOTO
Abşeronda beş yaşlı qıza təcavüz edildi
Atası koronavirusdan ölən çinli Bakıda karantində saxlanılır
Arvadını 4 il izlədi, 70 yaşlı qonşusu ilə yaxaladı — Gədəbəydəki cinayətin təfərrüatları