Hadisə
Bakıda eyvandan yıxılan qadın xəstəxanada öldü
Bakıda ölüm hadisəsi baş verib.
“Report”un xəbərinə görə, hadisə iyulun 10-da gecə saatlarında Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində qeydə alınıb.
Belə ki, 1936-cı il təvəllüdlü R.Hüseynova yaşadığı ikimərtəbəli evin ikinci mərtəbəsinin eyvanından ehtiyatsızlıqdan yıxılıb. O, bud və çanaq sümüyünün sınığı ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, R.Hüseynova iyulun 13-də saat 11 radələrində xəstəxanada ölüb.
Faktla bağlı araşdırmalar aparılır.