İdman
10:55, 22 Ocak 2021
189
0

Zidan istefa verməyəcək

Zidan istefa verməyəcək
Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan ən az mövsümün sonunadək öz işini davam etdirəcək.

Bu günlərdə komandanın İspaniya Kubokunun 1/16 mərhələsində üçüncü liqa təmsilçisi “Alkoyano”ya uduzaraq, turniri tərk etməsi əsl sensasiyaya səbəb oldu. 1:1 hesabı ilə başa çatan oyunun əlavə vaxtında say üstünlüyünə yiyələnən Kral klubu nəinki vəziyyətdən istifadə edə bilmədi, əksinə öz qapısına top buraxaraq məğlub oldu.

“Marca”nın verdiyi məlumata görə, bu məğlubiyyət klub rəhbərliyinin baş məşqçiyə olan münasibətini dəyişməyib. Onlar hələ də mövsümün sonunu gözləməyi və yalnız bundan sonra komandanın iki əsas turnirdə - Primyero və Çempionlar Liqasında çıxışını dəyərləndirərək qərar qəbul etməyi düşünürlər.

Zidan özü də komandadan getməyə hazır deyil və istefa vermək fikri yoxdur.
Digər xəbərlər: