Siyasət
7 deputatlığa namizəd seçki dairəsinin nəticəsinin ləğv olunmasını istəyir
Xəbər verdiyimiz kimi Mərkəzi Seçki Komissiyasının (MSK) dünən keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib. Bundan əlavə, 10 seçki dairəsi ilə bağlı daxil olan şikayətlər müvafiq Dairə Seçki Komissiyalarına göndərilib.
40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Lalə Bağırova Bizimyol.info-ya bildirib ki, bu dairədən qeydə alınmış deputatlığa 7 namizəd saxtakarlıq və qanun pozuntuları ilə bağlı MSK-ya müraciət edib.
“40 saylı Kəpəz ikinci (Gəncə) Seçki dairəsinin fərqli məntəqələrdə fərqli-fərqli qanun pozuntularına rast gəldim. Məsələn demək olar ki, 15 nömrəli məktəbdə yerləşən 26 və 27-ci məntəqələri istisna olmaqla şərti ilə bütün məntəqələrdə saxtakarlıq halları baş verdi. Müşahidəçilərə qarşı kobud rəftarlardan tutmuş, karusel əməliyyatları, seçki bitən kimi səslərin sayılmasının süni şəkildə ləngidilməsi, səslərin sayıldığı zaman müşahidəçilər üçün şəraitin yaradılmaması bəzi məntəqələrdən seçki qutusundan çıxan kağızların hamısını oxumadan kağızlar çantalara qoyulub məntəqələrdən uzaqlaşdıldı, 26 və 27-ci seçki məntəqəsindən başqa heç bir məntəqədən rəsmi protokol ala bilmədik. Protokollar ayın 10-u dairədə bizə şişirdilmiş rəqəmlərlə verildi.
40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin 8 saylı məntəqəsində karusel ifşası videosu var. Videonu digər namizədin müşahidəçisi çəkib. Şikayət edilsə də, məntəqə sədri və katiblər karuseldə iştirak edən vətəndaşları məntəqədən kənarlaşdırıblar. Gəncədə ən şəffaf məntəqə 27 saylı seçki məntəqə olub. Protokola nə yazılmışdısa, MSK saytında da eyni nəticələr verilmişdi”,- deyə deputatlığa namizəd Lalə Bağırova bildirib.
Daha çox xəbər:
MSK DSK-nın qərarını ləğv etdi - Seçki dairəsi xüsusi nəzarətə götürüldü
Seçki dairəsində baş vermiş saxtakarlıqlar
Bu deputatlar yenidən öz namizədliklərini irəli sürdülər - Siyahı
“Fəzail Ağamalı hakimiyyəti təhdid edir”- deputatlığa namizəd
Sabiq nazirin deputatlığa namizəd oğlu 100 manatdan pul paylayıb