Siyasət
İNK gəncinin Prezidentə məktubu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına İctimai Nəzarət Koalisiyasının gəncləri adından İNK Gənclər Təşkilatının sədri Vahid Eldar oğlu Quliyev tərəfindən
Məktub
Hörmətli Cənab Prezidentimiz, möhtərəm Ali Baş Komandanımız!Sizin rəhbərliyiniz altında Milli Ordumuzun ardıcıl qələbələrinə görə və ölkə gənclərinə xüsusi diqqət və qayğınıza görə dərin minnətdarlığımızı bildirmək istəyirəm.İNK-nın tələbə gəncləri Ordumuzda xidmət etməyi səbirsizliklə gözləyirlər.Azərbaycan xalqı qarşısında etdiyiniz qələbə müjdəli çıxışlarınızı böyük sevinc və qürur hissi ilə dinləyirik. Bu gün cəbhə xəttində gərgin döyüşlər bizi nə qədər həyəcanlandırırsa, ordumuzun yenilməz döyüş taktikası ilə irəliləməsi bir o qədər sevindirir.Bizə yasatdığınız böyük qələbə sevinclərinə görə sizə dərin minnətdarlığımızı bildiririk.Vətən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə hər birimiz iştirak etməyə hazırıq.İctimai Nəzarət Koalisiyasının bütün gəncləri sizin əmrlərinizi gözləyir.Sizinlə fəxr edirik!Tanrı sizi və Azərbaycan Ordusunu qorusun.Siz müdrik və qətiyyətli siyasətinizlə bütün dünyaya Azərbaycanın necə qüdrətli dövlət olduğunu göstərdiniz.Sizin kimi Prezidenti olan ölkəmizin vətəndaşı olmağımızdan qürur duyuruq.Yaşasın Azərbaycan! Yaşasın müzəffər Ali Baş Komandanımız!Yaşasın Silahlı Qüvvələrimiz!
Hörmətlə: Quliyev Vahid Eldar oğlu –İctimai Nəzarət Koalisiyasının Gənclər Təşkilatının sədri,
Azərbaycan Kooperasiya Universitetinin IV kurs tələbəsi
Daha çox xəbər:
İNK bütün dünya azərbaycanlıları ilə
Prezidentə yazırlar: Siz Ali Baş Komandan kimi öz gücünüzü bütün dünyaya bir daha sübut etdiniz
Rauf Əliyev: Azərbaycan şanlı tarixini yazır
Prezidentə yazırlar: “O xəbər yaralarıma məlhəm, yorğunluqdan bükülən dizlərimə güc oldu” - MƏKTUBLAR
Xalqımız Prezidentə təşəkkür bildirməyə davam edir