Şou
15:09, 26 Haziran 2020

Şou-biznesin kişi nümayəndələri hərbi xidmətdə olublarmı? – SORĞU

Şou-biznesin kişi nümayəndələri hərbi xidmətdə olublarmı? – SORĞU
Sabah 26 iyun Azərbaycan Silahlı Qüvvələr günüdür. Gecəsini gündüzünə qatan, isti -soyuq demədən vətənin keşiyində duran, əsgərlərimizin, hərbçilərimizin bayramıdır. Şübhəsiz, hər bir Azərbaycan övladı öz üzərinə düşən vəzifəni bilməli, vətəndaş borcunu yerinə yetirməlidir. Məlumdur ki, Vətən oğlunun ilkin vəzifəsi hərbi xidmətə yollanmaqdır.
Bəs həmişə “vitrin”də olan məşhurlar necə, onlar həmin ülvi görəvə əməl edibmi?
“Sherg.az” olaraq bu sual ətrafında kişi sənətçilər arasında sorğu keçirdik.

Müğənni Vasif Məhərrəmli söylədi ki, əsgərlik illəri SSRİ dövrünə təsadüf edib:

“Bəli , 1987-1989-ci illərdə Sovet qoşunları sıralarında idim. Minsk şəhərində iki il hərbi xidmətdə olmuşam”.

Tanınmış söz xridarı Vüqar Əbdülov isə sualımıza belə cavab verdi:

“Əlbəttə, kim olmayıb ki ?! İdmançı olduğum üçün əsgərlikdə idman klubunda idim. Bir il yarım Bakıda xidmət etmişəm.”

Sevilən rejissor, Türkiyənin məşhur serialı “Savaşçı”da rol alaraq ölkəmizi layiqincə təmsil edən Kənan MM bunları söylədi:

“1998-1999-cu ildə illərdə Naxçıvanda Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmişəm”
Digər xəbərlər: