Gündəm
Dövlət Gömrük Komitəsindən kütləvi kadr dəyişiklikləri ilə bağlı AÇIQLAMA
Bir sıra gömrük əməkdaşlarının xidmət yerinin dəyişdirilməsi “Gömrük orqanları əməkdaşlarının rotasiyası Qaydaları”na uyğun olaraq aparılan kadr islahatları çərçivəsində həyata keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilib ki, ötən gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Dövlət Gömrük Komitəsində kütləvi kadr dəyişikliyinin həyata keçirilməsi ilə bağlı məlumatlar, eyni zamanda müxtəlif “mülahizələr” yer alıb:
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə bir sıra gömrük əməkdaşlarının xidmət yerinin dəyişdirilməsi “Gömrük orqanları əməkdaşlarının rotasiyası Qaydaları”na uyğun olaraq aparılan kadr islahatları çərçivəsində həyata keçirilib. Bu DGK daxilində gömrük işinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə davamlı və mütəmadi olaraq həyata keçirilən adi prosedur qaydadır”.
Daha çox xəbər:
Xaricdən gətirilən avtomobillər üçün gömrük ödənişləri artırılıb? - RƏSMİ
Ölkəyə qanunsuz gətirilən tibbi preparatlar və içkilər müsadirə edildi
Gömrük xətti ilə büdcəyə daxilolmaların həcmi açıqlanıb
Bakı-İstanbul aviareysində qanunsuz qızıl daşınmasının qarşısı alınıb
Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsinə cinayət işi açıldı