Gündəm / Cəmiyyət
Azərbaycan-Avropa İttifaqı münasbətlərində yeni mərhələ
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iyulun 18-də Azərbaycana səfəri ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını təsdiqləyir və ikitərəfli əməkdaşlığımızın vacibliyini nümayiş etdirir. Qeyd etmək lazımdır ki, Azərbaycan enerji sahəsində Avropa Komissiyası ilə on beş ildən artıqdır yaxın əməkdaşlıq edir. 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Anlaşma Memorandumu, 2011-ci ildə isə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanmışdı. İkitərəfli əlaqələrin inkişafında bu sənədlər olduqca önəmli rol oynayıb. Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə geniş tərkibdəki görüşdə enerji təhlükəsizliyinə aid məsələlərin qlobal gündəlikdə ən üstün məsələlərdən biri olduğunu deyən ölkə başçısı qeyd edib ki, biz həmçinin təhsil və bütün digər sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlıyıq. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen isə bildirib ki, iki ölkə arasında uzunmüddətli tərəfdaşlıq var: “Şərq Tərəfdaşlığı xüsusi olaraq Azərbaycanı əhatə edir. Mövcud münasibətləri daha da dərinləşdirmək istəyirik”. Daha sonra Prezident İlham Əliyev ilə Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen arasında Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Vacib faktorlardan biri də Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini demək olar ki, tamamilə dəyişdirib. Öncə neft, daha sonra qaz hasilatına başlanıldı. Eyni zamanda, Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkildi. 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla Azərbaycanın təbii qazı Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqu mövcuddur. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Külək və günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlanıb. Bu layihələrin də uğurla icra oluncağına heç şübhə yoxdur.
Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu tərəflər arasında strateji əməkdaşlığın daha gücləndirilməsinə xidmət edəcək. Avropa İttifaqı Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə də töhfələr verir. Düşünürəm ki, Avropa İttifaqının vasitəçiliyi səmərə verəcək. Çünki məqsəd regionun tərəqqisinə nail olmaqdır. Digər tərəfdən, Avropa İttifaqı işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsinə də dəstək verir. Beləliklə, tərəflər arasında əməkdaşlığın böyük perspektivi var və bu amil Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin daha da güclənməsinə xidmət edəcək.
Sehranə Rzayeva,
Salyan şəhər 2 nömrəli tam orta məktəbin müəllimi,
Əməkdar müəllim.
Daha çox xəbər:
AZƏRBAYCAN ENERJI SAHƏSINDƏ AVROPA KOMISSIYASI ILƏ ON BEŞ ILDƏN ARTIQ ƏMƏKDAŞLIQ EDIR
Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişdirir
Ölkəmizin enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır
Azərbaycan Avropa İttifaqının enerji ehtiyaclarının ödənilməsində ən mühüm strateji mövqeyə malik ölkələrdən biridir
Rusiya Federasiyası Ali Məhkəməsinin sədri ilə məhsuldar ikitərəfli görüş keçirildi - FOTO