Gündəm
10:37, 10 Eylül 2024
15
0

Azərbaycan-İtaliya iqtisadi əlaqələri: "Böyük perspektivi var"

Azərbaycan-İtaliya iqtisadi əlaqələri: "Böyük perspektivi var"

Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri bir sıra geosiyasi proseslər və yeni çağırışlar fonunda strateji əhəmiyyət kəsb edir.. Prezident İlham Əliyevin 4 sentyabrda İtaliyaya işgüzar səfəri iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etməsinə səbəb oldu. Belə ki, tərəflər arasında çox mühüm sənədlər imzalanmışdır.
Azərbaycan və İtaliya arasındakı ticarət sahəsindəki əlaqələr gün keçdikdə daha da intensivləşir."Bu gün enerji təchizatı onu aydın şəkildə nümayiş etdirir ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır".Bunu Prezident İlham Əliyev 6 sentyabr tarixində “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı deyib. Dövlətimizin başçısı Cənub Qaz Dəhlizinin əhəmiyyətini də xüsusi vurğulayıb: "Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır".
Qeyd edək ki, Azərbaycanın İtaliya ilə sıx ticari əlaqələri mövcuddur. Hətta İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı statusundadır. Ötən il iki ölkə arasındakı ticarət dövriyyəsi 16 milyard dollara yaxın olub. Təkcə cari ilin 6 ayı ərzində isə iki ölkə arasındakı qarşılıqlı ticarət həcmi 6,2 milyard dollar olub. Üstəlik, İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin tam 85 faizi Azərbaycanladır. Həmçinin, İtaliyanın ən çox idxal etdiyi ölkələrdən biri də Azərbaycandır. Qarşıdakı illərdə iki ölkə arasındakı ticarət dövriyyəsinin daha da artacağı proqnozlaşdırılır.
Bu gün Azərbaycanın İtaliya ilə çox geniş iqtisadi əlaqələri var. İtaliya bizim artıq əsas ticari tərəfdaşımızdır. Üstəlik, bunun çox böyük tarixi var. İtaliya ilə ilk dəfə 2008-ci ildə geniş ticari əlaqələrimiz yaranıb. O vaxt 55 milyard dollara yaxın ticarət dövriyyəsi vardı. Hazırda da ticarət dövriyyəsi 16 milyard dollara yaxındır.
Ölkəmiz bu gün Avropanın enerji təhlükəsizliyində böyük və geniş yer tutur. Bununla da əlaqələrimiz daha da genişlənir. Bu gün İtaliyanın Azərbaycanda, Azərbaycanın da İtaliyada təxminən 100-dən çox şirkəti fəaliyyət göstərir.
Qeyd edək ki, Azərbaycan və İtaliya arasındakı ticarət dövriyyəsi növbəti illərdə daha da artacaq.Çünki buna həm də Avropanın özünün böyük ehtiyacı var. İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsi də ölkə iqtisadiyyatına ciddi məbləğdə xarici investisiya gətirir.Bu investisiya gələcəkdə işğaldan azad edilmiş bölgələrə də yatırılacaq.İtaliyanın texnoloji və aqrar sahədə böyük təcrübəsi var. Sözsüz ki, bu təcrübədən ölkəmizdə də istifadə edə bilər.
Həmçinin, İtaliya böyük turizm imkanlarına malikdir. Onların təcrübəsinin ölkəmizdə də tətbiq edilərək müsbət töhfə verməsi mümkündür. Ümumiyyətlə, Azərbaycan-İtaliya əlaqələrinin böyük perspektivi var. Bu perspektivlər ikitərəfli iqtisadi əlaqələrin daha da genişləndirilməsinə imkan yaradacaq".
Cənab İlham Əliyev çıxışında Azərbaycan və İtaliya arasında humanitar məsələlər üzərində fəal şəkildə işlər aparıldığına diqqət çəkməsi də vacib əhəmiyyət daşıyır. “Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı universiteti – Lyuis, Sapyensa, Boloniya, Milan və Turin universitetləri və onların Azərbaycandan olan tərəf müqabilləri bu müştərək təsisatı yaradıb. Bu, bizim gələcək əməkdaşlığımız üçün mühüm əhəmiyyət kəsb edəcək”, - dövlət başçısı bildirib.
Azərbaycan Prezidentinin İtaliya siyasi elitası qarşısında təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişikliyin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası olduğunu bəyan etməsi dövlətimizin strateji uğurunun beynəlxalq təqdimatında mühüm əhəmiyyət kəsb edir.
Nəticə olaraq qeyd edək ki, Azərbaycan liderinin İtaliyaya səfəri, ona qarşı Avropanın ən önəmli siyasi mərkəzlərində göstərilən xüsusi diqqət və hörmət, habelə, ölkə başçısının bəyanatlarına Avropa ictimaiyyətinin böyük diqqət ayırması ölkəmizin nüfuzunun güclənməsinə, regional və beynəlxalq siyasətdə artan roluna dəlalət edir.

Sahib Nağıyev,
Salyan şəhər 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin direktoru

Digər xəbərlər: