Siyasət
Biznesmen Kəmaləddin Qafarovun rəqibləri namizədliyini geri götürür - Foto
Xəbər verdiyimiz kimi bu ilin fevralın 9-da Milli Məclisə seçkilər keçiriləcək. Artıq deputatlığa namizədlərin bəziləri təbliğat-təşviqat kampaniyasına start verildiyi gündən rəqiblərinin xeyrinə inzibati resurslardan istifadə olunduğunu iddia edirlər. Bəzi qeydə alınmış namizədlər isə rəqiblərinin xeyrinə namizədliyini geri götürdülər.
Bizimyol.info-ya açıqlama verən 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi Əpoş Vəliyev bildirib ki, əvvəlcə 30 rəqibim var idi.
“Hazırda 14 rəqibim var. Onların içərisində keçmiş deputat və cəmiyyət tərəfindən tanınmış şəxslər var. Bir çox halları çıxsaq, hələki ciddi bir ədalətsizliyə rast gəlməmişəm. Bəzi namizədlərin plakatları hara gəldi (aptek, market, butiklərin vitrininə, divarlara, liftlərin qapısına) vurulur. Belə hallara yol verilməməlidir. Rəqabət ədalətli olmalıdır.
Unutmamaq lazımdır ki, parlament deputatların fəaliyyətsizliyinə, seçicini narazı saldıqları, dövlətlə xalq arasında körpü ola bilmədikləri üçün buraxıldı. Kimliyindən, hansı partiyanın üzvü olmasından asılı olmayaraq seçildiyi dairənin ərazisində beş il müddətində bir dəfə də olsa seçiciləri ilə görüşməyən, onların problemlərini səsləndirməyən, seçicinin nifrətini qazanan keçmiş deputatların yenidən seçililib-seçilməyəcəyinə bu dəfə seçici qərar verməlidir. Həmin deputatlar öz fəaliyyətsizliyi ilə həm partiyalarının, həm ölkənin, həm də dövlətin imicinə zərbə vururdular. Ölkə başçısı da, xalq da islahatların uğurlu olması, ictimai nəzarətin effektiv olması üçün parlamentdə bacarıqlı, gənc, enerjili, dövlətini və xalqını sevən deputatların olmasını istəyir”,-deyə Ə.Vəliyev bildirib.
Deputatlığa namizəd təəssüflə bildirib ki, bəzi rəqiblərə xüsusi dəstək verilir: “Öncədən razılaşdırılmış görüşlər təşkil olunur, tabeliklərində çalışan işçilərin vasitəsilə virtual səsvermələrə müdaxilələr olunur. “Whatsaap” və “facebook” qrupları vasitəsilə tapşırıqlar ötürülür, bütün bunlar da gələcəkdə keçiriləcək şəffaf seçkiyə kölgə salır. Halbuki, dəstəklənən həmin namizədlərin nə adını, nə də üzünü seçiciləri görməyib. Mən imza toplama zamanı beş mindən artıq Binəqədidə yaşayan sakinlə görüşdüm. İnsanlar çox narazıdır, onların problemləri, çətinlikləri ilə bağlı aidiyyatı qurumlar qarşısında zamanında məsələ qaldırılmayıb. Bir çox yollar, binalar, yataqxanalar təmirsiz, bərbad vəziyyətdədir. Sosial şəbəkələrdə izləyirəm, beş il seçicini saymayan, seçicinin problemiylə, çətinliklərilə maraqlanmayan bir çox keçmiş deputatlar bugün gəlib səs istəyir, seçicini öpüb-qucaqlayır. Gülməlidir. Seçicini təkcə seçki qabağı yox, hər zamn diqqətdə saxlamaq lazımdır”.
Ə.Vəliyev Dairə Seçki Komissiyasında (SDK) qarşılaşdığı problemi də qeyd edib: “Sənəd qəbulunda gecikdirmələr, sonradan veriləcək maliyyə arayışının əvvəldən istənilməsi, şəxsən öz iştirakımla toplanılan imzaların etibarsız sayılacağı ilə bağlı xəbər göndərmələr, DSK sədrinin şəxsən özünün namizədliyimi geri götürməyim üçün etdiyi təzyiq, seçicilərin şəxsiyyət vəsiqələrinin kimin üçünsə yığılması, seçicilərə bir nəfərdən artıq namizədə imza verməmələri ilə bağlı xüsusi tapşırıqlar və daha nələr, nələr...
Mənim keçmiş deputatların bəzisinə ünvanlamaq istədiyim suallar var:
1. Deputat olduğunuz müddətdə seçildiyiniz dairənin ərazisində yaşayanlar üçün nə etmisiniz?
2. Niyə növbədən kənar seçki təyin olunmayana kimi ərazinizdəki seçicilərlə maraqlanmırdınız?
3. Yenidən seçilib seçiciyə laqeyd olmayacağınıza, vəzifənizin məsuliyyətini dərk edərək işləyəcəyinizə qarantiya varmı?”
Qeyd edək ki, bu dairədən deputatlığa namizədlər arasından ən çox müzakirə olunan Kəmaləddin Qafarovdur. Milli Onkologiya Mərkəzinin direktor müavini Kəmaləddin Qafarovun mətbuat iş adamı kimi təqdim olunur. Onun “Zəfəran” apteklər şəbəkəsinin, “Zəfəran” hospitalın sahibi olduğu iddia olunur. Onun özü və səlahiyyətli nümayəndəsi bu məlumatları təkzib etməyib.
Daha çox xəbər:
“Bizə məxsus olan efiri bizə satmaq istəyirlər”- SORĞU
Bu deputatlar yenidən öz namizədliklərini irəli sürdülər - Siyahı
“Relax” hadisəsinə görə oğlu həbsi edilən deputat da namizədliyini irəli sürdü
Çingiz Qənizadənin xeyrinə namizədliyini geri götürdü - Qara piardan istifadə edənlərə cavab - Foto
Sabiq nazirin deputatlığa namizəd oğlu 100 manatdan pul paylayıb